Kaladze Bakı küçəsini təmir etdirəcəyinə söz verdi

Kaladze Bakı küçəsini təmir etdirəcəyinə söz verdi
  08 Oktyabr 2017    Oxunub:3612
Oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanları və Tbilisi şəhəri merinin seçkiləri keçiriləcək. Mən mer seçilsəm, Tbilisidəki Bakı küçəsini əsaslı təmiri və yenidən qurulması üçün əlimdən gələni edəcəyəm.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın sabiq energetika naziri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından Tbilisi şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze söyləyib.

Kaladze deyib: “Tbilisi şəhərindəki köhnə küçələrin təmiri prioritet məsələlərdən biridir. Onlardan biri də Bakı küçəsidir. Azərbaycan bizim üçün yaxın qonşu və dost ölkədir. Hesab edirəm ki, Bakı küçəsi də öz görkəmini dəyişməli və yenilənməlidir”.

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti