TQDK işçi axtarır

TQDK işçi axtarır
  16 Sentyabr 2013    Oxunub:1085
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulunu elan edir.
TQDK-dan verilən məlumata görə, müqaviləçi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında TQDK tərəfindən istifadə ediləcək Test Bankı üçün test tapşırıqlarının hazırlanması prosesində müxtəlif ixtisas istiqamətləri üzrə* aşağıdakı vəzifələrdən bir və ya bir neçəsini yerinə yetirəcək:

Test tapşırıqlarını hazırlamaq;
TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının ekspertizasını həyata keçirmək;
TQDK tərəfindən təqdim edilən test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və ya əksinə tərcümə etmək;
TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək.

Müqaviləçi üçün qoyulan tələblər:

Magistr və ya daha yüksək elmi dərəcəyə (mütəxəssis olduğu sahə üzrə) malik olmaq;
Azərbaycan və rus dillərini mükəmməl bilmək (test tərcüməçiləri üçün);
Mircrosoft Office proqramlarında işləmək bacarığı;
Test tapşırıqlarının məxfiliyinin qorunmasına təminat vermək;
Komandada işləmək, tənqidi düşünmə bacarığına sahib olmaq;
İşə böyük həvəs göstərmək.

Qeyd: Müraciət edənlərin test tapşırıqlarının hazırlanması sahəsində təcrübəsinin olması arzu olunandır. Namizədlər üçün test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

İş qrafiki:
- Bazar ertəsi – Cümə: 9:00-18:00 (razılaşdırılmış qrafik üzrə ən azı 3 iş günü olmaqla həftədə 12 saatdan az olmayaraq);
- Şənbə: 10:00-14:00 (ehtiyac olduqda).

Vəzifə, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslər öz CV-lərini 2013-cü il oktyabr ayının 13-dək [email protected], cc: [email protected] elektron ünvanlarına mövzu hissəsində “Elan” qeyd edərək göndərməlidirlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Teqlər:





Xəbər lenti