Qarabağ separatçılarına pul ayıran iş adamı öldürülüb - Video (Yenilənib)

Qarabağ separatçılarına pul ayıran iş adamı öldürülüb - Video (Yenilənib)
  06 Oktyabr 2017    Oxunub:4259
Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, güllələnərək öldürülən şəxs biznesmen, Voronej vilayətinin İctimai Palatasının üzvü və "Ani" təşkilatının sədri Arsen Papazyandır.
Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun kimlər tərəfindən və hansı səbəbdən güllələnməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, tikinti sahəsi ilə məşğul olan Papazyan erməni diasporunun fəal maliyyə mənbələrindən olub və Qarabağdakı qondarma quruma yardımlar edib.



AzVision.az


Teqlər: Rusiya   Moskva   Qətl  





Xəbər lenti