Erməni deputatlar arasında dava düşüb

Erməni deputatlar arasında dava düşüb
  05 Oktyabr 2017    Oxunub:2336
Ermənistan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında dava düşüb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Yelk” fraksiyasının rəhbəri, deputat Nikol Paşinyan öz “Facebook” hesabında yazıb. O, qeyd edib ki, həmkarı Artaşes Qeğamyan fasilə zamanı ona yumruq zərbələri endirib:

“Parlamentin dəhlizində Qeğamyan yumruqla mənim üzərimə hücum çəkdi. Mən uğurla müdafiə olundum. Bir-iki dəfə də ayaqqabımı onun üzərində parlatdım. İctimaiyyətən üzr istəyirəm. Bu kimi şəraitdə işləməyə məcburam”.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Dava  





Xəbər lenti