Meyxanaçı bıçaqlanması haqda xəbərə aydınlıq gətirdi

Meyxanaçı bıçaqlanması haqda xəbərə aydınlıq gətirdi
  03 Oktyabr 2017    Oxunub:22979
Rüfət Nasosnu kimi tanınan meyxanaçı həmkarı Rəşad Dağlı tərəfindən bıçaqlanması barədə yayılan xəbəri yalanlayıb.
Meyxanaçı AzVision.az-a açıqlamasında bildirib ki, Rəşad Dağlı ilə dostdur:

“Rəşad Dağlı ilə 17 ilin dostuyuq. 3-4 gündən bir görüşürük. Aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır. Həm də indi Məhərrəmlik olduğuna görə toylarda olmur. Kimsə reytinq qazanmaq üçün özündən belə bir xəbəri uydurub. Toy var ki, məni də bıçaqlasınlar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Meyxana   Bıçaqlanma  





Xəbər lenti