QMİ-dən "İmamzadə"də baş verən insidentə münasibət

QMİ-dən "İmamzadə"də baş verən insidentə münasibət
  01 Oktyabr 2017    Oxunub:2493
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov “İmamzadə” Ziyarətgahında baş verən intisentə münasibət bildirib.
AzVision.az xəbər verir ki, QMİ rəsmisinin açıqlamasında bildirilib:

- Məlum olduğu kimi, 30 sentyabr və 1 oktyabr tarixlərində Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib. Belə ki, razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub. Axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, lakin baş vermiş insidentin qarşısı arayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub.

Ziyarətgahda keçirilən mərasim sabitliklə davam edərək, tam təhlükəsiz başa çatıb.

AzVision.az


Teqlər: QMİ   İmamzadə  





Xəbər lenti