İtaliya Şimali Koreya səfirini ölkədən çıxarır

İtaliya Şimali Koreya səfirini ölkədən çıxarır
  01 Oktyabr 2017    Oxunub:3764
İtaliya hökuməti Şimali Koreya səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Xarici KİV-lərin məlumatına görə, bu barədə İtaliyanın xarici işlər naziri Ancelino Alfano bildirib.

"Biz ciddi qərar qəbul etdik, KXDR-in səfirinin akkreditasiya prosedurunu dayandırdıq. O, İtaliyanı tərk etməlidir"- nazir müsahibəsində deyib.

Qeyd edək ki, Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır.

AzVision.az


Teqlər: İtaliya   Şimali-Koreya  





Xəbər lenti