“KVN”çilər Azərbaycan Prezidenti kuboku alacaq

“KVN”çilər Azərbaycan Prezidenti kuboku alacaq
  14 Sentyabr 2013    Oxunub:1169
Bakıda Heydər Əliyev Sarayında oktyabrın 23-də Şən və Hazırcavablar Klubu (KVN) komandalarının iştirakı ilə Azərbaycan Prezidenti kuboku uğrunda beynəlxalq yarış keçiriləcək.
Bu barədə Beynəlxalq KVN Birliyinin rəsmi saytı www.amik.ru xəbər verib. Görüşün aparıcısı “AMİK” Televiziya Yaradıcılıq Birliyi və “KVN” Beynəlxalq Birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov olacaq.

Turnirdə “Rəislər” (İrkutsk), “Dnepr” (Dnepropetrovsk vilayətinin yığması), “Parapaparam” (MDBƏİ, Мoskva), Bakı Yığması (Azərbaycan), KVN üzrə Kamızyak diyarının yığması (Həştərxan) və “Triod və Diod” (Smolensk) komandaları iştirak edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti