AzVision-un əməkdaşı Almaniyada seçkiləri izləyib

AzVision-un əməkdaşı Almaniyada seçkiləri izləyib
  26 Sentyabr 2017    Oxunub:2074
Almaniyanın Saksoniya federal vilayətində jurnalistlərin təkmilləşdirilməsi üzrə seminar davam edir. Saksoniyanın Jurnalist Təkmilləşdirmə Fondunun dəstəyilə təşkil olunmuş 12 günluk seminara Mərkəzi və Şərqi Avropa ölkələrindən 14 jurnalist dəvət olunub. Dəvət olunanlar arasında Azərbaycanı AzVision.az saytının xarici dillər redaksiyasinin əməkdaşı Zaur Bəndəliyev təmsil edir.
Seminar çərçivəsində iştirakçılara Almaniyanın media sistemi, mediya-yayım problemləri barədə məlumatlar əldə etmək, ölkədə fəaliyyət göstərən radio və televiziya kanallarının, xəbər saytlarının işi ilə tanış olmaq imkanı yaradılıb. Berlin, Drezden və Erfurta səfərlər nəzərdə tutulub.

Jurnalistlər Leypsiq Xalq qəzetinin radio mərkəzi ilə taniş olublar, BBC və DW (Deutsche Welle)-nin Almaniya bürosunda onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar. Almaniyada kansler seçkilərini müşahidə ediblər. Seminar sentyabrın 29-da başa çatacaq.



Qeyd edək ki, Saksoniyanın Jurnalist Təkmilləşdirmə Fondu 2001-ci ildən Mərkəzi və Şərqi Avropa ölkələri jurnalistləri üçün diskusiyalar, mühazirələr təşkil edir, Almaniyanın media sistemi ile yaxindan tanış olmaq fürsəti yaradır. Bu günə qədər proqramda 200-ə qədər jurnalist iştirak edib.







AzVision.az



Teqlər:





Xəbər lenti