Vahid Ələkbərov üç nəfərdən biri oldu

Vahid Ələkbərov üç nəfərdən biri oldu
  14 Sentyabr 2013    Oxunub:1139
Rusiyada neft-qaz biznesi ilə məşğul olan şirkətlərin top-menecerlərinin reytinq siyahısı hazırlanıb.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin hazırladığı reytinqə görə azərbaycanlı maqnat, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov üç ən nüfuzlu top-menecerdən biridir.

Belə ki, siyahıda ilk üçlüyə “Qazprom” rəhbəri Aleksey Miller, “Rosneft” prezidenti İqor Seçin və “LUKoil” prezidenti Vahid Ələkbərov daxildir. A.Millerin nüfuzu 10 ballıq şkala ilə 9,13 balla qiymətləndirilib. Onun konserni son 5 ildə uzaq xaricə sutkada 470 milyon kubmetr qaz ixrac etməklə rekord vurub.

“Rosneft” prezidenti İqor Seçinin nüfuzu isə bu ilin iyul ayında Vladimir Putinin Bakıya səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə imzaladığı enerji əməkdaşlığı sazişinə görə qalxıb. Onun reytinqi 8,93 balla qiymətləndirilir.

V.Ələkbərovun nüfuzu isə 8,3 balla qiymətləndirilib. Onun şirkətinin İraqın şimalında Kərkük neft yatağına daxil olmağa hazırlaşır və bu amil Ələkbərovun nüfuzunun artmasına təsir edib.

İlk onluqda prezident Putinin dostu, Rusiya neftinin dünya bazarlarında satışını təşkil edən “Gunvor” şirkətinin prezidenti Gennadi Timçenko, “Transneft” rəhbəri Nikolay Tokarev, NOVATEK şirkətinin rəhbəri Leonid Mixelson və digərləri daxildir.

“LUKoil”un vitse-prezidenti Leonid Fedun isə reytinq siyahısında 14-cü yerdədir. “Russneft” şirkətinin sahibi Mixail Qutseriyev isə 19-cü pillədə yer alır. Reytinq siyahısında cəmi 83 top-menecer daxil edilib.


Teqlər:





Xəbər lenti