`Milli Şuranın namizədini rəqib saymırıq`

`Milli Şuranın namizədini rəqib saymırıq`
  13 Sentyabr 2013    Oxunub:1134
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlının müsahibəsini təqdim edirik:

- Qüdrət Həsənquliyevin namizədliyi təsdiq edildi. Bundan sonra hansı işləri görəcəksiniz?

- Bəli, ayın 11-də liderim Qüdrət Həsənquliyevin namizədliyi MSK-da rəsmən təsdiq edildi. Biz imzatoplama kampaniyasını çox uğurlu həyata keçirmişdik. 44 mindən çox imzanı BAXCP-nin 56 rayon şöbəsi topladı. Ümümillikdə, 92 dairədən 44150 imza təqdim etmişdik. Onu da deyim ki, biz əvəlcədən BAXCP-nin rayon şöbələrində imza toplayacaq şəxslərin siyahısı tutmuşduq və bilirdi ki, kimlər bu işi görəcəklər. Qüdrət bəy üçün qapı-qapı gəzib imza toplamışdıq. Xeyli BAXCP üzvü bu prosesə qoşulmuşdu. Biz namizədimizin qeydə alınmasını gözləyirdik. Ona görə də, bunu adi qarşıladıq. Biz seçkiyə bir il bundan qabaq hazırlaşırdıq. Partiyanın İdarə Heyətinin seçkidə iştirakla bağlı qərarı var idi. Həm də BAXCP-nin iyun ayını 2-də keçirilən 3-cü qurultayında rəsmən qərar verildi ki, seçkidə iştirak edək. İndi isə təbliğat-təşviqat dövrünün başlanmasını gözləyirik. Sentyabrın 16-dan sonra rəsmən təblığat kampaniyasına başlayacağıq.

- İmzatoplama prosesində hər hansı bir məmurun maneəsi ilə üzləşmədiniz ki?

- BAXCP imzatoplama kampaniyasında hər hansı bir yerli məmurun imzatoplama prosesində maneçilik törətməsi faktı ilə üzləşmədi. Biz də belə bir problem olmadı. Məncə, heç bir namizədə maneə yaradılmayıb. Qanundan kənara çıxılmayıb. İmza toplaya bilməyən şəxslərin özləri etiraf etdi ki, imza toplaya bilmədik və prosesdən imtina etdilər. Düşünürəm ki, bundan sonrakı proseslərdə də bütün işlər qanun çərçivəsində aparılacaq və yerli məmurlar hansısa namizədə maneə törətməyəcək. Tam demokratik ənənəyə uyğun seçki aparılacaq. Azərbaycan dövlətinin buna böyük ehtiyacı var. Ancaq normal kampaniya apara bilməyənlərin indidən seçkinin saxtalaşdırılacağı haqqında mətbuatda acıqlamalar verirlər. İstəmirlər ki, narazı elektorat seçkidə iştirak etsin. İnanıram ki, bu dəfə xalq konstruktiv müxalifətin nümayəndəsi olan Qüdrət Həsənquliyevin arxası ilə gedəcək.

- Siz mətbuatda digər müxalifət lidelərinə qarşı sərt çıxışlarınızla da görünürsünüz...

- Mən radikal müxalifətin liderlərinə qarşı heç vaxt etik qaydalardan kənar acıqlama verməmişəm və verməyəcəm də. Mən onların 20 illik apardığı siyasətin yanlış olduğunu və bu siyasətə görə bir neçə gəncin həbsxanaya düşdüklərini, bu 20 il ərzində yüzlərlə insanın həyatı ilə oynadıqlarını demişəm. Deyirəm ki, 10 ildir Müsavat başqanı İsa Qəmbər İlham Əliyevlə prezident seçkilərində üz-üzə gəlməyə cəsarət etmir və seçkiyə qatılmır. Bu fakt deyil? Neçə olur ki, İsa Qəmbər İlham Əliyevi müdafiə edən jurnalistlə deputat olmaq üçün seçkiyə qatılır və bu mübarizədən Etibar Hüseynov qalib ayrılır. Hal-hazırda həmin dairənin deputatı Etibar Hüseynlidir. Ancaq prezident olmaq istəyəndə olan İsa Qəmbər seçkiyə qatılmır? Digər tərəfdən Əli Kərimli deyir ki, mən Elçibəyin davamçısıyam. Allah da bilir ki, Əli Kərimli yalan danışır. Mən 1996-2000-ci illərə qədər AXCP gənclər komitəsində aparıcı şəxslərdən biri olmuşam. 1998-ci ildə AXCP-nin növbəti qurultayında Əbülfəz Elçibəy yenidən partiya sədrı seçildi. Və qurultaydan dərhal sonra Elçibəy AXCP-nin ali orqanı olan 17 nəfərlik Rəyasət Heyyəti formalaşdırdı. Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra həmin bu 17 nəfərdən bir nəfər belə Əli Kərimlinin yanında qalmadı. Həmin şəxslər kimlər idi - Qüdrət Həsənquliyev, Asim Mollazadə, Qülmahüseyn Əlibəyli, Cəmil Həsənli, Fuad Mustafayev, Novella Cəfəroğlu, Arif Paşa, Nəriman Qasımoğlu, Akif İsalmzadə, Bahəddin Həziyev, Xaləddin İbrahimli, İbrahim Vəliyev və digərləri. Belə bir vəziyyətdə Əli Kərimli hans haqla deyir ki, mənim təşkilatım Elçibəyin AXCP-sidir? Hamı bilir ki, 20 ildir Əli Kərimli ilə İsa Qəmbər arasında amansız mübarizə gedir. Facebooku açıb baxın, görün müsavatçılarla “yurd”çular arasında münasibətlər neçə təhqir seviyyəsində aparılır. Bu indinin məsələsi deyil, kökü var.

- Bu adamlar Milli Şurada birgə fəaliyyət göstərirlər və Cəmil Həsənlini də prezident seçkilərində müdafiə edirlər...

- Bu Milli Şuranı “Rusiyanın Milli Şurası” adlandırmaq lazımdır. 75 yaşlı siyasətdən kənar Rüstəm İbrahimbəyov Rusiyada olan dostlarının köməkliyi ilə 20 illin siyasətçilərini ustalıqla aldatdı. Onlar hər kəsi inandırmışdılar ki, guya Putin İbrahimbəyovu prezident kürsüsünə gətirir. 20 illin partiya sədrlərini bu vəziyyətə salmaqda Eldar Namazovun da əvəzsiz xidmətləri oldu. BAXCP sədri Qüdrət Həsənquliyev elə ilk gündən cəmiyyətə mesaj verdi ki, bu layihəni Rusiya həyata keçirir və məqsəd Azərbaycanı Avrasiya İttifaqına qəbul etməkdir. Putin bütün imkanları ilə İlham Əliyevə təziq etdi. Ancaq sonradan gördü ki, bu siyasi qüvvələrin xalqdan ciddi dəstəyi yoxdur. Ondan sonra Putunin Azərbacayacana rəsmi səfəri oldu və İbrahimbəyova da mesaj verdilər ki, “get, kinonu çək”.

Artıq Cəmil müəllimin MŞ namizədlyi irəli sürülməsi birbaşa seçkinin məsuliyyətini onun üzərinə qoymaqdır. Özləri də yaxşı bilir ki, Rusiyanın oyununda iştirak edən bu qüvvələrə Azərbaycan xalqı heç 1 faiz də səs verməyəcək. Ona görə də Cəmil Həsənlini önə veriblər. Digər tərəfdən isə hakmiyyətə ən böyük xidməti Əli Kərimli etmiş oldu. O, bütün imkanlarını səfərbər etdi ki, İsa Qəmbər vahid namizəd ola bilməsin və ona da nail oldu. Bu gün İsa Qəmbərin vahid namizəd ola bilməməsinin əsas səbəbkarı Əli Kərimli oldu. Əli Kərimli bunu qəsdən etdi ki, hakmiyyətin xoşuna gəlsin.

- Milli Şuranın namizədini əsas rəqib hesab edirsinizmi?

- Xeyr! Bizim əsas rəqibimiz prezident İlham Əliyev olacaq. Bu seçkidə əsas mübarizə İlham Əliyevlə Qüdrət Həsənquliyev arasında gedəcək. Seçkidə strateji məqsədimiz qələbədir. Minimal isə BAXCP hakmiyyətin apardığı siyasətə təsir etmək gücündə olan güclü ana müxalifət kimi çıxmaqdır. BAXCP bu məqsədlərdən birinə nail olacaq! Bizim partiya bütün partiyalardan fərqli olaraq ortaya aydın konsepsiya qoymayıb.

- Facebook sosial şəbəkəsində təblığat işinin qurulmasını nəzərdə tutmusunuzmu?

- Azərbaycanda hal-hazırda bir milyona yaxın insan facebook sosial şəbəkəsinin istifadəçisidir. Bilirsiniz ki, mən facebook-da "Niyaməddin Orduxanlı" adında qrup yaratmışam və bu gün bu qrupun üzvlərinin sayı 330 minə yaxındır. Çox adam bilir ki, mən bir siyasətçi kimi bu şəbəkədən geniş istifadə edirəm. Biz həm öz qrupumuzda, həm də ən böyük səhifələrdə namizədimizin təblığatını aparacağıq. Bu meydandan da geniş istifadə edəcəyik. Artıq bəzi adminlərlə danışıqlar da aparmışıq. Təkcə facebook-da deyil, həm də ölkənin ən məşhur saytlarında da bu kampaniya aparılacaq. Bu məsələlərlə bağlı BAXCP sədrinin ideoloji və təbliğat-təşviqat iməsələlər üzrə müavini Dünyamalı İmaməliyev də geniş danışıqlar aparır. Bütün imakanlarımızla BAXCP bir komanda kimi namizədimizin geniş təblığat kampaniyasını aparacaq. Platformamızla hər bir seçicinin tanış olmasına çalışacağıq. (qafqazinfo)



Teqlər:  





Xəbər lenti