Birinci xanım “daha çox için” dedi

Birinci xanım “daha çox için” dedi
  13 Sentyabr 2013    Oxunub:1089
Mişel Obama piylənməyə qarşı mübarizəyə qalxdı.
ABŞ-ın birinci xanımı Mişel Obama piylənmə ilə mübarizə aparmaq üçün ölkə vətəndaşlarını daha çox su içməyə çağırıb. O hamıya hər gün içdikləri sudan bir stəkan artıq içməyi məsləhət görərək bununla da özlərini daha yaxşı və gümrah hiss edəcəklərini bildirib. O tezliklə “Drink up” layihəsinə start verəcəyini də qeyd edib. Uotertaun şəhərində keçirilməsi planlaşdırılan bu layihədə Mişel Obamaya aktrisa Eva Lonqoriya yardımçı olacaq. Layihə çərçivəsində su şüşələrinin üzərində birinci xanımın çağırışlarını çap olunması planlaşdırılır. Xatırladaq ki, ABŞ-da hər üç yetkin şəxsdən biri, hər 5 uşaqdan biri piylənmədən əziyyət çəkir.


Teqlər:  





Xəbər lenti