Dağlıq Qarabağa səfər edən deputatlardan parlamentə şikayət

Dağlıq Qarabağa səfər edən deputatlardan parlamentə şikayət
  13 Sentyabr 2013    Oxunub:1128
Azərbaycan icması Danimarka Parlamentinə etiraz məktubu göndərib.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bu günlərdə bir qrup danimarkalı parlamentarinin Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməsi və qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirməsinə etiraz olaraq Danimarka Parlamentinə məktub göndərib.

Cəmiyyətdən AzVision.az-a verilən məlumata görə, Danimarkadakı Azərbaycan icması adından Parlamentin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova ünvanlanan etiraz məktubunda ölkə parlamentinin iki üzvünün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməsi haqda Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən narahatlıq bildirilir.

Məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilərək, 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bölgənin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması və bu faktın beynəlxalq hüquqla təsbit edildiyi, Azərbaycanın ərazi bütövlüyünün BMT və digər qurumlar, eləcə də Danimarka hökuməti tərəfindən tanındığı diqqətə çatdırılır:

“Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkənin parlament üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi ziddiyyət təşkil edir. Ümid edirik ki, bundan sonra Danimarka Parlamenti sadalanan faktları nəzərə alaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə belə səfərlərin qarşısını alacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl erməni mətbuatı bir qrup danimarkalı deputat və jurnalistin Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməsi, eləcə də qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirməsi haqda xəbərlər yayıb.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti