Şeyxin qudası: “Müxalifəti Allahın bəlası tutacaq”

Şeyxin qudası: “Müxalifəti Allahın bəlası tutacaq”
  13 Sentyabr 2013    Oxunub:1368
“Azərbaycanın bu qədər inkişafını görməməzliyə vurmaqmı olar?”.
AzVision.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sentyabrın 13-də keçirilən 2013-cü il payız sessiyası ilə bağlı ilk iclasında çıxışı zamanı sözügedən komitənin üzvi Hacı Qalib Salahzadə deyib.

Qeyd edək ki, həmin şəxs Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədri Şeyxüslam Allahşükür Paşazadənin qudasıdır.

O, çıxışı zamanı qeyd edib ki, son illər Azərbaycanın sürətli inkişafı göz önündədir və indi kimlərinsə bunu görməməzliyə vurması insafsızlıqdır:

“Bu gün Azərbaycanın bütün regionları inkişaf etməkdə, gözəlləşməkdə, abadlaşmaqdadır. Demək olar ki, şəhərlə kəndin fərqi yoxdur. Bakıda olan şərait rayonlarda, kəndlərdə var. Kəndlərdə, rayonlarda olan şərait Bakıda. İndi bunları görməyənlər, uğurlarımızı gözü götürməyənləri Allahın bəlası tutacaq. Mən bunu Hacı kimi deyirəm. Onlar Allahın bəlasına gələcək”.

Sevinc


Teqlər:  





Xəbər lenti