Abramyan Konqoda qumar biznesinə başlayıb

Abramyan Konqoda qumar biznesinə başlayıb
  16 Sentyabr 2017    Oxunub:1677
Erməni prezident Serj Sarkisyanın yaxın dostu, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan və sabiq baş nazir Ovik Abramyan arasında münasibətlər gərgin olaraq qalır.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Abramyan qardaşı Conik Abramyanın adına olan qazdoldurma məntəqəsini deyil, digər biznes obyektlərini də satıb.

Məlumata əsasən “Tsarukyan” ittifaqının deputatı - Ovik Abramyanın oğlu Arqam atasının sahibi olduğu biznesin satışından əldə etdiyi vəsaiti qumara yatırıb. O, bu məqsədlə aldığı qumar aparatlarını Konqoya göndərib. İddia edilir ki, Abramyan Konqoda özünə qumar biznesi qurur.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Abramyan  





Xəbər lenti