Əsgərimiz ölüb

Əsgərimiz ölüb
  13 Sentyabr 2013    Oxunub:1140
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır. (apa)


Teqlər:





Xəbər lenti