“Pul yığımını yığşdırın...” - Allahşükür Paşazadə

  14 Sentyabr 2017    Oxunub : 1837
“Pul yığımını yığşdırın...” - Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ağdam üzrə idarənin nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında “Qasım Otağı”nda pul yığdığı üçün irad tutub.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Allahşükür Paşazadə QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.

Şeyxülislam ondan əzadarlıq zamanı “Qasım Otağından” nə məqsədlə istifadə etdiyini soruşub. Axund Şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: “Siz orada “Qasım otağı” yaradırsınız, üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu, düzgün deyil. “Qasım otağı”nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığşdırın”.

AzVision.az

Teqlər: QMİ