522 min 840 sürücü cəzalandırılıb

522 min 840 sürücü cəzalandırılıb
  13 Sentyabr 2013    Oxunub:999
3.551 nəfər sürücünün sürücülük vəsiqəsi olmadığı ortaya çıxıb
Bu ilin səkkiz ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda yol polisi tərəfindən keçirilən tədbirlər zamanı 522 min 840 inzibati protokol tərtib edilib.

AzVision.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Azərtac-a bildirib ki, tərtib edilmiş protokolların 2.149-u avtomobilin sərxoş halda idarə edilməsi, 3.034-ü qəza şəraitinin yaradılması, 1.481-i polisin əmrinə tabe olmama, 9.436-sı qırmızı işıqdan keçmə, 1.508-i dövlət nömrə nişanı olmadan avtomobili idarəetmə, 2.905-i ötmə və manevr qaydalarını pozma, 172-si xüsusi təyinatlı avtomobillərin (polis, yanğınsöndürən, təcili tibbi yarım və s. ) hərəkəti zamanı sirenə yol verilməmə, 3.551-i sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmə, 36.881-i yolayrıcını keçmə, 28.759-u qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, 200-ü avtoxuliqanlıq, qalanları isə digər qayda pozuntuları ilə əlaqədar olub.


Teqlər:  





Xəbər lenti