Aİ-na üzv ölkələrdə internet pulsuz olacaq

Aİ-na üzv ölkələrdə internet pulsuz olacaq
  13 Sentyabr 2017    Oxunub:1342
Avropa İttifaqına (Aİ) üzv ölkələrdə pulsuz və təhlükəsiz internet quraşdırılacaq.
Avropa Parlamentinin sentyabrın 12-də Strasburqda keçirilən iclasında üzv ölkələrdə vətəndaşların istifadəsi üçün reklamsız və şəxsi məlumatların zəmanət altına alındığı pulsuz internet üzrə qanun layihəsi təsdiqlənib.

“WiFi4EU” adlandırılan yeni layihə parlamentin 582 üzvünün səsverməsi ilə qəbul edilib.

Qəbul edilən qanun layihəsinə görə, ilk mərhələdə Avropa İttifaqına üzv ölkələrdəki xəstəxana, kitabxana, rəsmi qurumlar və alış-veriş mərkəzləri başda olmaqla 6 mindən çox yerdə pulsuz internet əlaqəsi təmin olunacaq. Pulsuz internet bağlantısı reklam xarakterli olmayacaq və məlumat təhlükəsizliyi təmin ediləcək.

Layihənin həyata keçirəcək şəhərlərin xərclərini Aİ ödəyəcək.(Azərtac)


Teqlər: #Avropaİttifaqı  





Xəbər lenti