Azərbaycanlı generalın adı hallanan xəbərə “Habertürk”dən - Reaksiya

  12 Sentyabr 2013    Oxunub : 421
Azərbaycanlı generalın adı hallanan xəbərə “Habertürk”dən - Reaksiya
“Cinayət haqda da, e-mail haqda da heç nə bilmirəm”
Türkiyənin “Habertürk”ün qəzetinin redaktoru və köşə yazarı Murad Bardakçı onun adından Azərbaycan mətbuatına ötürülən xəbərə reaksiya verib. “Qafqazinfo”nun elektron sorğusunu cavablandıran Murat Bardakçı Azərbaycan mediasına belə bir məlumat ötürmədiyini bildirib:

“Mən bir həftədir Türkiyədə deyiləm. Azərbaycana daha əvvəl də mail göndərməmişəm. Saxtakar biri mənim adımı və elektron adresimi istifadə edib. Cinayət haqda da, e-mail haqda da heç nə bilmirəm. Dediyim kimi, cinayət və mail haqqında heç bir məlumatım yoxdur.”.

Xatırladaq ki, bu gün səhər Murat Bardakçı adından bir sıra yerli media orqanlarına “Habertürk”də gecə saatlarından yayımlanan, daha sonra isə saytdan silindiyi iddia edilən xəbərin “skrinşot”unu göndərmişdi. Xəbərdə Əli Həmidov (“Lotu Qoca”) adlı iş adamını öldürməkdə ittiham olunan Rövşən Canıyevin sui-qəsddən bir müddət əvvəl Istanbul otellərindən birində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovla görüşdüyü və həmin görüşü əks etdirdiyi iddia edilən videodan kəsilmiş şəkili yerləşdirilmişdi. Həmin məlumatda azərbaycanlı general-mayorun da cinayətdə əli olduğu qeyd olunmuşdu.

Onu da əlavə edək ki, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bu gün “Qafqazinfo”ya açıqlama verərək, Mirqafar Sadıqovun “Lotu Qoca” ləqəbli Əli Həmidovun sui-qəsd planında iştirak etməsi və Türkiyə otellərindən birində kriminal avtoritet Rövşən Canıyevlə görüşməsi ilə bağlı yayılan iddianı təkzib edərək cəfəngiyyat adlandırmışdı.

Teqlər: