Fransada ermənilər tərəfindən döyülən azərbaycanlıların işi yenidən açılacaq

  12 Sentyabr 2013    Oxunub : 454
Fransada ermənilər tərəfindən döyülən azərbaycanlıların işi yenidən açılacaq
Fransa Milli Assambleyasının binasında erməni diasporunun üzvləri tərəfindən döyülən “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun iddiası üzrə iş yenidən açılacaq.

Bu barədə Mirvari Fətəliyeva açıqlama verib. Müsahibin sözlərinə görə, artıq vəkilinə göstəriş verib və məhkəməyə müraciət olunacaq: “Bu iş yenidən açılacaq və cinayətkarlar cəzalanacaq. Paris prokrorluğunun işi dəyandırması o deməkdir ki, istənilən erməni gəlib küçədə azərbaycanlıları döyə bilər. Bizə səbəb kimi əsaslı dəlillərin olmadığını bildirdilər. Amma burada ermənilərin təsirlər çox olduğu üçün onlar belə addım atıblar. Halbuki bu hadisə küçədə deyil Fransa Milli Assambleyasının binasında baş verib. Biz ümid edir ki, bu məsələ bizim xeyrimizə həll olunacaq".

Mirvari Fətəliyeva əlavə edib ki, Azərbaycan Fransa səfirliyi və XİN nazirliyi məsələ ilə bağlı yaxından maraqlanırlar: “Onlar bizimlə tez-tez əlaqə saxlayırlar. Biz öz dövlətimizə arxalanırıq və güvənirik. Dövlətimizin göstərdiyi qayğı ilə bu məsələnin bizim xeyrimizə həll olunacağına inanırıq”.

Bir neçə gün öncə XİN nazirliyi də məsələ ilə bağlı məhkəmə istintaqına yenidən müraciət olunacağını bildirmişdi.

Xatırladaq ki, Bu il fevralın 26-da “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı iş əvvəlcə Fransa Jandarmeriyasına, daha sonra Paris prokurorluğuna verilib. Azərbaycan Respublikasının Baş prokuroru hadisə ilə bağlı Fransa Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokurora müraciət edib. Ancaq bu müraciətlərə baxmayaraq məsələ həllini tapmayıb. (anspress)

Teqlər: