Ermənistan aprel döyüşçüsündən imtina etdi

Ermənistan aprel döyüşçüsündən imtina etdi
  09 Sentyabr 2017    Oxunub:3294
Ermənistanın Lori vilayətinin Debed kəndindən olan 21 yaşlı Hovik Petrosyan aprel döyüşlərinin iştirakçısı olub.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Hovik Ağdərədə yerləşən hərbi hissədə (həmin hərbi hissə erməni əsgərləri arasında “internat” kimi tanınır) kəşfiyyatçı kimi xidmət edib.
Məlumata görə, o, xidməti bu ilin yanvar ayında başa vurub və xidmətlərinə görə medallarla təltif edilib. Erməni hərbçi xidmətdən sonra daş karxanasında işə düzəlsə də, səhhəti ilə əlaqədar çalışa bilməyib. İş yerindən birbaşa xəstəxanaya aparıldıqdan sonra həkimlər onun ağciyər, dalaq, qaraciyər, böyrək və bel nahiyələrində ciddi problemlərin olduğunu bildiriblər.

Hazırda erməni hərbçi qısa müalicədən sonra, maddi imkansızlıqdan müalicəsini davam etdirə bilmir. O, Ermənistanın Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də, digər hərbçilər kimi sorğusu cavabsız qalıb. Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərindən biri onun artıq xidmətdə olmadığını və aprel döyüşlərində yaralanan hərbçilərin xəstəliklərinin artıq onlar üçün əsas mövzu olmadığını deyib.

Hazırda 6 nəfərdən ibarət və yalnız kənd təsərüfatı ilə məşğul olan ailə vilayət rəhbərliyinin qarşısında piket keçirməyə hazırlaşır.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Aprel-döyüşü  





Xəbər lenti