Cəbhə bölgəsində əsgərlərlə görüş keçirilib

Cəbhə bölgəsində əsgərlərlə görüş keçirilib
  08 Sentyabr 2017    Oxunub:1331
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” səyyar təbliğat dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hərbi qulluqçularla keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidməti, qidalanması və digər mövzularda söhbətlər aparılıb.

Səyyar təbliğat dəstəsinin texniki təbliğat vasitələrinin imkanlarından istifadə olunmaqla ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş edilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə  





Xəbər lenti