Livanda ölən idmançının cənazəsi Azərbaycana gətirilir

Livanda ölən idmançının cənazəsi Azərbaycana gətirilir
  08 Sentyabr 2017    Oxunub:6392
Livanda qəza nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir.

AzVision.az


Teqlər: XİN   Livan  





Xəbər lenti