Akif Əli Lütfi Zadə ilə bağlı sözlərinə görə üzr istədi

Akif Əli Lütfi Zadə ilə bağlı sözlərinə görə üzr istədi
  08 Sentyabr 2017    Oxunub:11660
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu gün böyük müzakirələrə səbəb olan açıqlaması ilə bağlı üzr istəyib.

AzVision.az xəbər verir ki, Akif Əli özünün sosial şəbəkədəki səhifəsində bunları qeyd edib:
“Hörmətli feysbuk istifadəçiləri!

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub.

Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin”!.

AzVision.az


Teqlər: Akif-Əli   Lütfi-Zadə  





Xəbər lenti