ATƏT PA sədri Bakıda danışıqlara başlayır

ATƏT PA sədri Bakıda danışıqlara başlayır
  08 Sentyabr 2017    Oxunub:1339
Ölkəmizdə səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

MM rəsmisi bildirib ki, görüşlər zamanı ATƏT-in Parlament Assambleyası ilə Azərbaycan Milli Məclisi arasındakı münasibətlər, perspektivlər müzakirə olunacaq.

“Bizim nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasında çox fəal iştirak edir. Bu, daim onların diqqət mərkəzindədir. Görüşlər zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılacaq”.

Qeyd edək ki, ötən gün ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen Azərbaycan Respublikasına səfərə gəlib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: ATƏT   Milli-Məclis  





Xəbər lenti