Gerasimov Bakıda keçirəcəyi görüşdən danışdı

Gerasimov Bakıda keçirəcəyi görüşdən danışdı
  07 Sentyabr 2017    Oxunub:1523
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə Bakıda keçirəcəyi görüşə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Gerasimov prezident İlham Əliyevlə görüşündə qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb.

"Bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir. Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq" - Gerasimov deyib.

Qeyd edək ki, Bu gün Bakıda NATO-nun Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək. Petr Pavel artıq Bakıdadır. O, Azərbaycanın müdafiə nazirinin müavini Nəcməddin Sadıkovla görüşüb. Görüşdə Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Rusiya   Gerasimov   NATO  





Xəbər lenti