Putin Nobel mükafatı alacaq

Putin Nobel mükafatı alacaq
  13 Sentyabr 2013    Oxunub:1061
Rusiya prezidenti Vladimir Putinin namizədliyi Nobel mükafatına irəli sürülüb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin namizədliyi Nobel mükafatı üçün irəli sürülüb. Bunun üçün Ümumrusiya təhsil fondunun prezidenti və mənəvi birlik və dünya xalqlarının əməkdaşlığı beynəlxalq akademiyasının vitse-prezidenti Sergey Komkov təşəbbüs göstərərək Nobel komitəsinə müraciət edib.

“Vladimir Putin sülhə sədaqətini əməldə nümayiş etdirib”. O, təkcə öz ölkəsində sülhü təmin etməyə çalışmır, eyni zamanda dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinə səy göstərir”. Komkovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin tanınmış dünya lideridir. Onun fikri ilə bəzi rəhbərlər hesablaşırlar” - təşəbbüs məktubunda vurğulanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti