Azad Rəhimov gəncəliləri qəbul edəcək

Azad Rəhimov gəncəliləri qəbul edəcək
  12 Sentyabr 2013    Oxunub:1161
Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 17-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11.00-da Gəncə Dövlət Aqrar Universitetinin baş binasında (Gəncə şəhəri, Atatürk prospekti, 262 (Xan bağının yanı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşların 16 sentyabr 2013-cü il tarixinədək (şənbə və bazar günləri də daxil olmaqla) saat 09.00-dan 18.00-dək adı qeyd olunan şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti