Yumurta qabında narkotika keçirərkən tutuldu

Yumurta qabında narkotika keçirərkən tutuldu
  12 Sentyabr 2013    Oxunub:1524
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 11-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1993-cü il təvəllüdlü, məhkum İmdulla Bəxtiyar oğlu Qasımova dostu vətəndaş Zaur Müstəcəb oğlu Ağayevin gətirdiyi sovqata baxış keçirilən zaman yumurta yığılan karton qabın içərisinə xüsusi üsulla yerləşdirilmiş xalis çəkisi 17,684 qram olan narkotik vasitə tiryək və 2,65 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zaur Müstəcəb oğlu Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq; təkrar törədildikdə); 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 181.2.2 (Quldurluq; təkrar törədildikdə); 181.2.5 (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə); 66.3 (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi); 71.5 (Şərti məhkumetmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması); 67.1 (Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Mirvari


Teqlər:  





Xəbər lenti