Xaçmazda 2 bıçaqlanma hadisəsi

Xaçmazda 2 bıçaqlanma hadisəsi
  12 Sentyabr 2013    Oxunub:1658
Xaçmaz şəhərinin dəmir yol vağzalının yaxınlığındakı kafelərin birində bıçaqlanma faktı qeydə alınıb.
Obyektin sahibi 60 yaşlı Adil Quliyevə baş nayihəsindən 2 bıçaq zərbəsi yetirilib.

O, dərhal Xaçmaz MRX-na çatdırılıb.

Tibb müəssisəsinin qəbul şöbəsindən verilən məlumata görə, yaralıya başın ənsə nayihəsinin və boyun hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Adil Quliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Hazırda fakt araşdırılır.

Digər bir olay Xaçmaz şəhəri Sabir küçəsində qeydə alınıb.

Sabir küçəsi 60 ünvanında yaşayan 22 yaşlı Novruz Ələkbərov bıçaqlanıb.

Onun bel və alın nayihəsinə 2 bıçaq zərbəsi vurulub. Yaralı Xaçmaz MRX-nın cərrahiyyə şöbəsində tibbi yardım aldıqdan sonra evə buraxılıb. Xəstənin yaxınları isə, bıçaqlanma faktının olmadığını bildiriblər.

Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(regional tv)


Teqlər:  





Xəbər lenti