Türkiyə üçün təhlükə: İrəvanı qara tüstü bürüyüb (FOTOLAR+VİDEO)

Türkiyə üçün təhlükə: İrəvanı qara tüstü bürüyüb (FOTOLAR+VİDEO)
  29 Avqust 2017    Oxunub:6698
İrəvanda “Nairit” zavodunda bu gün günorta saatlarından başlayan yanğın hələ də söndürülməyib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanğının əhatə dairəsi getdikcə böyüyür.
Əraziyə əlavə briqadalar cəlb olunub. Yanğın zamanı 3 nəfər zəhərlənib.

Müxalif "Yelk" ittifaqının lideri Nikol Paşinyan bildirib ki, zavodda yanğın hələ bir neçə gün davam edəcək.

Digər məlumata görə, İrəvan səmasını bürüyən tüstü Türkiyəyə doğru istiqamətlənib.











Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Yanğın  





Xəbər lenti