`REAL` partiya olacaq

`REAL`  partiya olacaq
  11 Sentyabr 2013    Oxunub:1628
REAL hərəkatının partiyaya çevriləcəyi dəqiqləşib və hazırda bu yöndə intensiv iş aparılır.
“Media forum” saytının əldə etdiyi məlumata görə, partiyanın proqramı və nizamnaməsi hazırdır və qurumun ilkin müzakirələrində dəstək qazanıb.

Partiyanın təsis qurultayının prezident seçkisi başa çatdıqdan sonra təyin olunacağı bildirilir. Məlumata görə, hərəkatın İdarə Heyəti gələcək partiyanın adı ilə bağlı yekun qərara gəlməyib, amma qurumun Respublikaçı Alternativ Partiyası adlandırılması ehtimalı daha çoxdur.

REAL hərəkatı 2008-ci ildə yaradılıb. İdarə Heyətinə bu şəxslər daxildir: İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Zöhrab İsmayıl, Emin Hüseynov, Azər Qasımlı, Azər Mehtiyev, Rəsul Cəfərov, Rövşən Ağayev, Cəsur Sümərinli, Altay Göyüşov, Xalid Bağırov.

Qurumun lideri İlqar Məmmədov yanvarın 23-ü və 24-də İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Fevralın 4-dən həbsdədir.

1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub.

5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutmuş hazırda prezident seçkisi marafonuna qoşulub və MSK-da ilkin qeydiyyatdan keçib.


Teqlər:  





Xəbər lenti