Ştaynmayer söz verdi: “Ukraynanı dəstəkləyəcəyik”

Ştaynmayer söz verdi: “Ukraynanı dəstəkləyəcəyik”
  25 Avqust 2017    Oxunub:1105
“Almaniya gələcəkdə də Ukraynanı dəstəkləyəcək”.

AzVision.az xəbər verir ki, bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ukrayna prezidenti Petro Poroşenkoya Ukraynanın müstəqilliyinin 26-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.
O, qeyd edib ki, rəsmi Berlin Avropa və öz beynəlxalq tərəfdaşları ilə birgə bütün Ukrayna vətəndaşlarının azad, müstəqil, sabit və rifah içində yaşaması üçün çıxış edəcək.

Frank-Valter Ştaynmayer Ukraynada islahatların fəal şəkildə davam etdirilməsinin vacibliyini də qeyd edib.

AzVision.az



Teqlər: Almaniya   Ukrayna  





Xəbər lenti