“Versace” Qarabağda istehsal olunacaq

“Versace” Qarabağda istehsal olunacaq
  11 Sentyabr 2013    Oxunub:1086
Bundan sonra İtaliyanın məşhur “Versace” firmasının sifarişləri tanınmamış Qarabağda istehsal olunacaq.

Ermənilərin Qarabağı istismarı davam edir. Kəlbəcərdə qızıl mədənlərini Kanada şirkətinin ixtiyarına verən ermənilər bu dəfə də Qarabağdakı keçmiş ipək fabrikini italyanların istismarına verir. Bundan sonra İtaliyanın məşhur “Versace” firmasının sifarişləri Qarabağda istehsal olunacaq. Tanınmamış Dağlıq Qarabağ Respublikasının baş nazirinin müavini Artur Aqabekyan bildirib ki, sentyabrın 11-də İtaliya şirkətinin nümayəndələri işin şərtləri ilə tanış olmaq üçün Xankəndiyə gedəcək:

“Biz onlara 3.5 min kvadrat metr ərazisi olan keçmiş ipək kombinatının binasını verəcəyik. Orada artıq 4 şirkət çalışır. Biz həmin binanın yerində yüngül sənaye şirkətləri qrupu yaratmaq niyyətindəyik. Qarabağı böyük sənaye mərkəzinə çevirmək istəyirik.”

Qeyd edək ki, Qarabağda istehsal olunacaq “versace” məhsullarının İtaliyaya daşınmasını da qondarma hökumət öz üzərinə götürüb. “Təki gəlsinlər, əsas odur ki, biz onlar üçün istənilən şəraiti yaratmağa hazırıq”- Aqabekyan deyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti