“Azərişıq”dan Lənkərandakı insidentlə bağlı Açıqlama
Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına - “Qazel” markalı qaldırıcı krana od vurub.
“Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında “Azərişıq” ASC-nin işçilərindən heç kim olmayıb və bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil. “Azərişıq” ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib, şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq-mühafizə orqanlarına təqdim edib” - açıqlamada bildirilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Azərişıq