Yol qəzası baş verdi, bir nəfər öldü

Yol qəzası baş verdi, bir nəfər öldü
  11 Sentyabr 2013    Oxunub:986
Hadisə Bakıda baş verib
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,Səbail rayonunda “Ford” markalı mikroavtobus və “Daewoo” markalı avtobus toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. “Ford” markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış mikroavtobusundan 1986-cı il təvəllüdlü Əhmədov Turan Qabil oğlunun cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti