Qərb dindarları da İlham Əliyev dedi

Qərb dindarları da İlham Əliyev dedi
  10 Sentyabr 2013    Oxunub:1431
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə bu gün respublikanın qərb bölgəsində fəaliyyət göstərən dini icmaların sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda Gəncədə keçirilən regional konfransda qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.

DQİDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanatın mətni səsə qoyulub və bəyanat qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

Bəyanatda qeyd olunur ki, bu gün hər bir azərbaycanlının, xüsusilə, dindarın tariximiz və dövlətimiz qarşısında yerinə yetirməyə borclu olduğu şərəfli bir vəzifə dayanır.

Bu vəzifə bizdən ümummilli lider Heydər Əliyevin çətin, lakin şərəfli yolunu uğurla davam etdirən, onun layiqli varisi olan cənab Prezidentə sadiq olmağı və onu dəstəkləməyi tələb edir:

"Prezident cənab İlham Əliyevin sərəncamı ilə təkcə azərbaycanlılar deyil, bütün müsəlmanlar üçün xüsusi əhəmiyyəti olan Gəncə şəhərindəki "İmamzadə" ziyarətgahının əsaslı bərpa olunaraq yenidən qurulması milli-mənəvi dəyərlərimizə, xüsusilə, biz dindarlara böyük diqqət və qayğının təcəssümüdür.

Biz, ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən qərb bölgəsinin dindarları artıq öz seçimimizi edərək Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevi dəstəkləyirik.

Əminik ki, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcək".


Teqlər:





Xəbər lenti