Avropa Ermənistanla əməkdaşlığı dayandırır

Avropa Ermənistanla əməkdaşlığı dayandırır
  10 Sentyabr 2013    Oxunub:1136
İsveç xarici işlər naziri Ermənistanla assosiasiya haqqında razılaşmanın paraflanması gündəmdə deyil.

AzVision.az xəbər verir ki, bu məlumatı nazir öz twitter hesabından yayıb və qeyd edib ki, bu qərara slovakiyalı həmkarı Miroslav Layçak və baş nazirin müavini ilə birlikdə qəbul edilib.

`Miroslav Layçakla müzakirələr zamanı belə qərara gəldik ki, Ermənistanla assosiasiya haqqında razılaşma gündəmdən çıxarılsın, bundan sonra biz Ukrayna, Moldova və Gürcüstanla işləyəcəyik`, deyə Bildt yazıb.

Qeyd edək ki, Moskvada aparılan danışıqlar nəticəsində Ermənistan prezidenti Serk Sarkisyan ölkəsinin Gömrük İttifaqına üzv olmaq və Avrasiya İqtisadi İttifaqının formalaşdırılmasında iştirak etmək istədiyini bildirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti