2 mindən çox miqrant dənizdə boğulub

2 mindən çox miqrant dənizdə boğulub
  15 Avqust 2017    Oxunub:1332
Cari ilin əvvəlindən Avropaya gələn miqrant və qaçqınların sayı 118 min 227 nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman bildirib. Onun sözlərinə görə, bu rəqəm ötən ilin anoloji dövrü ilə müqayisədə azdır - 265,640 nəfər.

O, qeyd edib ki, avqustun 13-nə qədər Avropa ölkələrinə getmək istəyən 2,408 miqrant Aralıq dənizində müəyyən səbəblərdən boğularaq ölüb.

Məlumata görə, ən çox miqrant İtaliya (97,293 min nəfər) sahillərinə gəlib. Daha sonra miqrantlar ən çox Yunanıstan (12,191 min nəfər) və İspaniyaya (8,385 min nəfər) üz tutular.

AzVision.az



Teqlər: Miqrabt   qaçqın   Avropa  





Xəbər lenti