"Azercell" loyallıq indeksində birincidir

"Azercell" loyallıq indeksində birincidir
  14 Avqust 2017    Oxunub:1137
Innovativ yenilikləri Azərbaycanın telko bazarında hər zaman birinci tətbiq edən Azercell Telekom MMC daha bir uğuru ilə seçilib. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq, 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb.
2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan Azercell, 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub saxlamaqdadır. Qeyd edək ki, bu dəfə Abunəçi Loyallığı İndeksinin qiymətləndirilməsində Bakı ilə yanaşı bölgələrdəki sakinlər də da iştirak edib.

Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını, onun xidmətlərini tövsiyə etmək hazırlığını müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiq etməklə, Azercell özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyaclarını daha dərindən öyrənməyə və gələcək fəaliyyətini onların istəklərini nəzərə alaraq təşkil etməyə imkan verir.



Teqlər: #Azercell  





Xəbər lenti