İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  10 Sentyabr 2013    Oxunub:887
Azərbaycan Prezidenti dağıstanlı həmkarı Prezidenti Ramazan Abdulatipova təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Ramazan Hacımuradoviç, Sizi Dağıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxtərəfli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.

Hörmətli Ramazan Hacımuradoviç, Sizə möhkəm cansağlığı və dost Dağıstanın firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".


Teqlər:





Xəbər lenti