16 yaşlı gənc Xəzərdə boğulub

16 yaşlı gənc Xəzərdə boğulub
  08 Avqust 2017    Oxunub:1293
Gündüz saatlarında Xəzərdə batan şəxsin cəsədi aşkar edilib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.​

AzVision.az


Teqlər:





Xəbər lenti