Məkkədə yanğın olub - 391 zəvvar təxliyə edilib

Məkkədə yanğın olub - 391 zəvvar təxliyə edilib
  08 Avqust 2017    Oxunub:1777
Səudiyyə Ərəbistanının Məkkə şəhərində 391 zəvvarın qaldığı oteldə yanğın baş verib.
AzVision.az-ın məlumatına görə, yanğın hindistanlı zəvvarların qaldığı 7 mərtəbəli otelin 7-ci mərtəbəsində qeydə alınıb. Təhlükəsizlik məqsədilə zəvvarlar təxliyə edilib.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   Məkkə  





Xəbər lenti