Böyük Quruluş Partiyası dəyirmi masa keçirəcək

Böyük Quruluş Partiyası dəyirmi masa keçirəcək
  09 Sentyabr 2013    Oxunub:1121
BQP Bakının işğaldan azad olunmasının 95-ci ildönümünü qeyd edəcək.

Böyük Quruluş Partiyası (BQP) Bakının işğaldan azad olunmasının 95-ci ildönümü münasibətilə sentyabrın 14-də dəyirmi masa keçirəcək.

Bu barədə BQP başqanı, millət vəkili Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, dəyirmi masa formatında keçiriləcək tədbirdə tanınmış ictimai-siyasi xadimlərin və elm adamlarının iştirakı nəzərdə tutulur:

“Sentyabrın 15-də saat 12.00-da isə Şəhidlər Xiyabanında Türk əsgərinin məzarını ziyarət edəcəyik. Bu nə partiya, nə də şəxsi tədbir deyil. Hər kəs iştirak edə bilər”.

AzVision.az


Teqlər:





Xəbər lenti