Deputat Tovuzdakı erməni təxribatı ilə bağlı çağırış etdi

Deputat Tovuzdakı erməni təxribatı ilə bağlı çağırış etdi
  08 Avqust 2017    Oxunub:3476
“İşğalçı Ermənistan azyaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. Bu gün axşam saatlarında ermənilər Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə 13 yaşlı Ramin Sabir oğlu Yusifov yaralanıb”
Bu barədə AzVision.az-a Tovuzun deputatı Qənirə Paşayeva deyib. Millət vəkili bildirib ki, ermənilərin yaraladığı azyaşlı Ramin Yusifov hazırda Tovuz rayon Mərkəzi Xəstəxanasındadır.

“Xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq. Rayonun rəsmi nümayəndələri ilə tez-tez danışırıq. Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir”.

Deputat vurğulayıb ki, Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, türk kökənli insanlar daha geniş yaymalıdır.

“Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gənclərimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar”

AzVision.az


Teqlər: Tovuz   Qənirə-Paşayeva  





Xəbər lenti