Şimali Koreya BMT-nin sanksiyalarına cavab verəcək

Şimali Koreya BMT-nin sanksiyalarına cavab verəcək
  07 Avqust 2017    Oxunub:1470
Şimali Koreya hökuməti BMT-nin bu ölkəyə qarşı qəbul etdiyi yeni sanksiyalara cavab verməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə ASEAN forumunda Şimali Koreya nümayəndələri bildiriblər. Cavab olaraq hansı tədbirlərin görüləcəyi haqda əlavə məlumat verilməyib.

Qeyd edək ki, BMT təhlükəsizlik Şurası ötən şənbə günü Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirmək məqsədi ilə yekdilliklə qətnamə qəbul edib. Qətnamədə göstərilib ki, Şimali Koreyadan idxal olunan bir çox məhsullara, xüsusən, dəmir, dəmir filizi, qurğuşun, kömür və dəniz məhsullarına sanksiya tətbiq olunacaq. Həmçinin, KXDR Xarici Ticarət Bankının hesabı dondurulmuş olacaq.

Eyni zamanda BMT-nin qətnamələrini pozan Şimali Koreya hərbi gəmilərinin BMT dövlətlərinin limanlarına daxil olmasında icazə verilməyəcək.

BMT ölkələri ərazilərində Şimali Koreya işçilərin sayını artırmamalı, Şimali Koreya ilə birgə yeni müəssisələr yaratmamalı və əlaqələri genişləndirməməlidir. Yeni sanksiyalar, həmçinin Pxenyanın nüvə və raket proqramı ilə əlaqəli şəxsərə də şamil olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şimali-Koreya   Sanksiya   BMT  





Xəbər lenti