İlham Əliyev yeni həmsədrlə görüşüb

İlham Əliyev yeni həmsədrlə görüşüb
  09 Sentyabr 2013    Oxunub:1368
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısına təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti