Məzahir Pənahov KİV-ə müraciət elədi

Məzahir Pənahov KİV-ə müraciət elədi
  09 Sentyabr 2013    Oxunub:953
Bu gün namizədlərin imza vərəqələrinin MSK-a daxil olması üçün son vaxt saat 18.00-dır.
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, o vaxta qədər namizədlər sənədləri komissiya təqdim etməlidirlər.

M.Pənahov bildirib ki, namizədliyi təsdiq olunmuş 10 nəfərin sənədləri araşdırılır.

İşçi qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, sentyabrın 6-dan etibarən təsdiq olunmuş sənədlərin birinci gündən etibarən yoxlanılmasına başlanılıb.

İ.Məmmədov sözlərinə görə, Fuad Əliyev, Qüdrət Həsənquliyev, Hafiz Hacıyevin sənədlərinin yoxlanılması başa çatır:

“Sentyabrın 7-də Fərəc Quliyev, Araz Əlizadənin də sənədləri təqdim olunub. Onlar da yoxlanılıb, başa çatmalıdır. Sənədlərin bir hissəsi sabah, digər hissəsi isə ayın 11-də başa çatacaq”.

MSK sədri Məzahir Pənahov KİV və beynəlxalq təşkilatların nümayəndələrini imzaların yoxlanılma prosesində iştirak etməyə çağırıb:

“Kim maraqlanırsa, iştirak etsin. İstənilən namizədin maliyyə məsələləri və eləcə də digər sənədləri barədə maraqlansınlar. Səhər saatlarından axşama qədər gəlib bu prosesdə iştirak edə bilərlər”.

M.Pənahov bildirib ki, dairələrdə müşahidə aparmaq üçün 5704 müşahidəçi qeydə alınıb.

MSK sədri əlavə olaraq, qeyd edib ki, Ədliyyə NAzirliyinin Penitensiar Xidməri ilə birgə cəzaçəkmə müəssisələrdə seçkilərin təşkili ilə bağlı tədbir keçiriləcək.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti