Bakının bəzi yerlərində qaz yoxdur

Bakının bəzi yerlərində qaz yoxdur
  04 Avqust 2017    Oxunub:1348
Paytaxtın bəzi ərazilərində bu gün qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyindən (İB) AzVision.az-a verilən məlumata görə, avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək "Qaz İxrac" İdarəsinin balansında olan diametri 700/500 mm-lik "Qaradağ-Digah-Hövsan" magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar "Sulutəpə", "Alatava" və "Təzə Qanlı Göl" Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Bildirilir ki, təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Həmçinin, qeyd olunur ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilməsi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

AzVision.az


Teqlər: Bakı   qaz   təmir  





Xəbər lenti